
Dayanacaqdan kənarda avtobusa minmək istədi, sürücü saxlamadı və… - VİDEO
Hadisə
28 Aprel 2025 14:00
Oxunub 426

İstanbulun Mecidiyeköy bölgəsində qeyri-adi hadisə yaşanıb. Avtobusa minmək istəyən sərnişin sürücünün onu dayanacaqdan kənarda avtobusa mindirmədiyinə görə əsəbiləşib və əsəbi halda avtobusun qarşısını kəsib.
Avtosfer.az xəbər verir ki, inadından dönməyən adam dəqiqələrlə nəqliyyat vasitəsinin irəliləməsinə imkan verməyib. Çarəsiz qalan sürücü və sərnişinlər isə hadisəni təəccüblə izləyiblər. Mecidiyeköy kimi sıxlıq bölgədə baş verən insident yol hərəkətinə ciddi təsir edib.
Bir müddət sonra heç bir qəza baş vermədən sərnişin sakitləşib və yolu açıb. Hadisə ətrafdakı vətəndaşlar tərəfindən mobil telefonla lentə alınıb.
Eltac Zülfüqaroğlu
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR