Dəhşət dolu anlar: Uşaqlar avtomobilin əl əyləcini çəkdi və… - VİDEO

İki azyaşlı parklanan avtomobilin əl əyləcini buraxaraq qəzaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində qeydə alınıb.
Belə ki, sürücü maşını yanacaqdoldurma məntəqəsinin yanında saxlayaraq şüşələri təmizləməyə başlayıb. Bu vaxt onun avtomobildə olan 3 və 5 yaşlı iki oğlu əl əyləcini buraxıb. Nəticədə avtomobil qəfildən geriyə doğru hərəkətə başlayıb. Sürücü avtomobilin arxasına keçərək onu saxlamağa çalışsa da, bunu bacarmayıb. Maşın yolda parklanmış avtomobilə və onun yanındakı sürücüyə çırpıldıqdan sonra yolun hərəkət hissəsinə çıxıb. Xoşbəxtlikdən sürətlə hərəkət edən maşınlara toxunmadan yolun kənarındakı baryerlərə çırpılaraq dayanıb.
Hadisə yerinə polis və təcili tibb yardım briqadası gəlib. Qəzada yüngül yaralanan sürücüyə həkimlər müdaxilə edib.
Məhəbbət Tərlanoğlu
Qara tab gətirməyən ağac aşdı - Avtomobil yolu bağlandı - VİDEO
Qazaxda evin talvarı uçdu - İki avtomobilə ziyan dəydi - FOTOLAR
Bakıda "Audi" yolda yaranan çuxura düşdü - İki təkəri partladı - VİDEO
Sərnişin avtobus sürücüsünü döyüb
Bakının mərkəzində yanğın oldu; polis belə müdaxilə etdi - VİDEO
Qatar gələn zaman yolu keçən şəxs həyatını təhlükəyə atdı - ANBAAN VİDEO
Metroda ölən 41 yaşlı Cavidin FOTOsu
Sabirabadda uçan körpü sakinlərin nəqliyyat əlaqəsini kəsdi - VİDEO
Samuxda marketdən 2 min manatlıq oğurluq edildi - ANBAAN VİDEO
Bakıda 5 avtomobildən maqnitofon oğurlandı - 2144 manat maddi ziyan var
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları - FOTO











