Dəhşətli hadisə: Anasının evini, bacısının maşınını yandırdı - VİDEO

Hadisə 10 İyun 2024 12:55 Oxunub 3022
Dəhşətli hadisə:  Anasının evini, bacısının maşınını yandırdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalan şəhəri Heydər Əliyev prospektində avtomobil alışaraq yanıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 9-da gecə saat 04:00 radələrində qeydə alınıb. Belə ki, "Kristal Abşeron Xırdalan 1" yaşayış kompleksinin önündə dayanmış “İnfiniti” markalı maşın anidən alışaraq yanıb. Şahidlərin iddiasına əsasən, yanğına səbəb avtomobil qəsən yandırılıb. Xoşbəxtlikdən hadisə zamanı avtomobildə insan olmayıb. Yanğın qısa müddətdə maşını yararsız hala salıb. 

Əldə etdiyimiz məlumata görə, 1969-cu il təvəllüdlü Azər Tağıyev adlı şəxs hadisəni törətməzdən öncə anasının yaşadığı Masazır qəsəbəsindəki evi yandırıb. 
Qeyd edək ki, A.Tağıyev polis tərəfindən saxlanılıb. Onun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Nərmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh