Dəhşətli hadisə: Taksi sürücüsü bala pişiyi təpikləyərək öldürdü - VİDEO

Hadisə 27 Oktyabr 2023 17:30 Oxunub 3998
Dəhşətli hadisə:  Taksi sürücüsü bala pişiyi təpikləyərək öldürdü  - VİDEO

Paytaxtda taksi sürücüsü pişiyi dəfələrlə vuraraq ölümünə səbəb olub.
Avtosfer.az xəbər verir ki, dəhşət doğuran hadisə bir neçə gün əvvəl saat 15:00 radələrində “Neftçilər” metrostansiyası yaxınlığında baş verib. Belə ki, taksi sürücüsü işləyən 99-UX-930 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobolin sürücüsü yoldakı bala pişiyi vəhşicəsinə öldürüb. Hadisə şahidlərinin sözlərinə görə, o, heyvanı bir neçə dəfə təpikləyib. Bu zaman yaxınlıqda işləyən xanımlar olayı görərək sürücüyə əngəl olublar. Lakin bala pişik aldığı ağır zərbələrin təsirindən ölüb. 
Qeyd edək ki, belə şəxslər cəmiyyət üçün böyük təhlükə mənbəyidir. Heyvana bu vəhşiliyi edən insana da edə biləcək potensialdadır.

Xatırladaq ki, videodakı xanım sürücünün "Maxim" taksi şirkətində çalışdığını idda edib. Şirkətdən Avtosfer.az-a bildirilib ki, bu dövlət nömrə nişanlı və markalı avtomobil şirkətin qeydiyyatında yoxdur. 

"Ehtimal var ki, bu “Maxim” xidmətini gözdən salmaq istəyən rəqiblərin böhtanıdır. “Maxim” əməkdaşlığa başlamamışdan qabaq sürücüləri diqqətlə yoxlayır. Xüsusilə, iş üçün lazım olan bütün sənədləri yoxlayır, menecerlər söhbət aparır və sürücünün psixoloji portretini düzəltmək və adekvatlığı barədə təsəvvür yaratmaq üçün sosial şəbəkələrdəki hesablarını yoxlayır. Xidmətlə yalnız etibarlı sürücülər əməkdaşlıq edir, keyfiyyət xidməti onların işinə diqqətlə nəzarət edir. Xidmət qaydalarını pozduqda, sürücü həm cərimə həmdə blok oluna bilər" deyə şirkətdən bildirilib. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh