Dəhşətli qəzanın görüntüləri yayıldı - BYD hasara dəyib havada uçdu; yaralı var - VİDEO

Nizami rayonu Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, ilkin məlumata görə, sürücülərdən biri idarəetməni itirərək hərəkətdə olan zaman 99-JN-288 qeydiyyat nişanlı “Ford” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində dövlət “BYD” markalı avtomobilin sürücüsü Nəcəfov Anar Şahmar oğlu yüngül bədən xəsarətləri alıb. Hadisə nəticəsində hər iki avtomobilə ciddi maddi ziyan dəyib.
Xoşbəxtlikdən qəza zamanı ölüm faktı qeydə alınmayıb.
Hazırda hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılır. Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Sürücülərə ehtiyatlı olmaları, hava və yol şəraitini nəzərə alaraq hərəkət etmələri tövsiyə olunur.
***
16:23
***
Bakıda Heydər Əliyev prospektində qəza olub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala görə, bir neçə avtomobilin toqquşması nəticəsində qəza baş verib. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Qəza səbəbindən həm şəhər mərkəzi, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda ərazidə sıx tıxac müşahidə olunur və sürücülərə alternativ yollarla hərəkət etmələri tövsiyə olunur.
Polis əməkdaşları hadisə yerindədir və nəqliyyatın hərəkətinin bərpası, eləcə də, qəzanın səbəblərinin araşdırılması istiqamətində tədbirlər görülür. NİİM-in məlumatına görə, yaxın dəqiqələrdə sıxlığın aradan qaldırılması üçün bütün zəruri addımlar atılır.
Bakıda "Audi" yolda yaranan çuxura düşdü - İki təkəri partladı - VİDEO
Sərnişin avtobus sürücüsünü döyüb
Bakının mərkəzində yanğın oldu; polis belə müdaxilə etdi - VİDEO
Qatar gələn zaman yolu keçən şəxs həyatını təhlükəyə atdı - ANBAAN VİDEO
Metroda ölən 41 yaşlı Cavidin FOTOsu
Sabirabadda uçan körpü sakinlərin nəqliyyat əlaqəsini kəsdi - VİDEO
Samuxda marketdən 2 min manatlıq oğurluq edildi - ANBAAN VİDEO
Bakıda 5 avtomobildən maqnitofon oğurlandı - 2144 manat maddi ziyan var
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları - FOTO
Sərxanı xilas edən polis zabiti Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş - FOTO
Maşın qaçıran şəxs saxlanıldı











