Dələduzluğun daha bir qurbanı: Kredit götürmək istədi, pulu mənimsənildi - VİDEO
Sosial şəbəklərdə bank və ya bank olmayan kredit təşkilatlarının adından istifadə edilməklə vətəndaşların pulları mənimsənilir. Daha bir nəfər belə şəxslər tərəfindən aldadılıb.
Bakıda yaşayan Qax sakini Sərxan Orucov deyir ki, “TikTok”da qarşısına banklardan birinə məxsus kredit verilməsini əks etdirən videoçarx çıxıb. Həmin səhifədə yazılan əlaqə telefonu ilə vatsap üzərindən müraciət edib ki, 3 min manat kredit götürmək istəyir. Bu zaman Sərxan Orucovdan şəxsiyyət vəsiqəsini və 90 manat ödəniş tələb edilib. Bundan sonra daha 78 manat əlavə pul istənilib. Sonuncu ödənişdən sonra həmin vatsap nömrəsini işlədənlər Sərxan Orucovun zəngini bloklayıblar. Başqa nömrələrdən də yığsa da zənglərinə cavab verməyiblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, vətəndaşlar sosial şəbəkə üzərindən təklif edilən belə şəxslərə inanmasınlar.
Zərərəkmiş Sərxan Orucov bildirib ki, üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Daha ətraflı videomaterialda.