Dələduzluqda təqsirləndirilən vəzifəli şəxslər özlərini qismən təqsirli bildi

Əlillik dərəcəsinin təyini və pensiyaların bərpası adı ilə vətəndaşların pulunu ələ keçirməkdə təqsdirləndirilən Arif Talıbov və Ehtibar Soltiyevin məhkəmə prosesi keçirilib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.
Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsdirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər.
Müdafiəçilər vəsatət verərək bildiriblər ki, təqsirləndirilən şəxslər ayrı-ayrılıqda dələduzluq ediblər. Onların sözlərinə görə, təqsirləndirilən şəxslərin əməlində vahid niyyət olmayıb.
Vəkillər vəsatətlərində müvəkkilləri barəsində olan cinayət işinin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilməsini xahiş ediblər.
Məhkəmə hazırkı mərhələdə vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul edib.
Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin olunub.
İttihama görə, Ağsu Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsinin rəisi Talıbov Arif Atalı oğlu, həmin şöbədə həkim-nefroloq vəzifəsində işləmiş Soltiyev Ehtibar Şükrulla oğlu ilə əlbir olaraq 2022-2023-cü illər ərzində əlillik dərəcəsinin təyin edilməsi və dayandırılmış pensiyanın bərpasına köməklik göstərilməsi ilə bağlı onlara müraciət etmiş ayrı-ayrı şəxslərin aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 126 min manatdan artıq pul vəsaitini ələ keçiriblər.
İstintaq tədbirləri nəticəsində cinayət işi üzrə vurulmuş ziyandan 120 min manatın ödənilməsi təmin edilib.
Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham ediliblər.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB













