Dəm qazı yenə can aldı: ana-bala öldü - YENİLƏNİB

Hadisə 3 Fevral 2024 22:00 Oxunub 494
Dəm qazı yenə can aldı: ana-bala öldü   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qobustan rayonunun Sündü kəndində ana və oğlu dəm qazından boğulub ölüblər.

Bədbəxt hadisə ana hamamda uşağını çimizdirərkən baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Alcanova Mahirə və 2014-cü il təvəllüdlü Alcanov Əkbər Xanəkbər oğlu hamamda dəm qazından boğulub ölüblər. (qafqazinfo)

***

Mingəçevir şəhərində 67 yaşlı qadın dəm qazından zəhərlənib. 

Hadisə Günəşli fərdi yaşayış massivi ərazisindəki evlərdən birində baş verib.

1957-ci il təvəllüdlü Babəliyeva Şəfiqə Səfərəli  qızı yaşadığı evdə dəm qazından zəhərlənərək halsız duruma düşüb.  Yaşlı qadın xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (unikal)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh