Dəm qazından ölən Fəzail şəhid əmisinin adını daşıyırmış - FOTO - YENİLƏNİB

Dəm qazından həyatını itirən Fəzail Əbiyevlə bağlı bəzi təfərrüatlar məlum olub.
Bizim.Media-nın məlumatına görə, mərhum Fəzail şəhid əmisi Fəzail Əbiyevin adını daşıyırmış.
1974-cü il təvəllüdlü Fəzail Andrey oğlu Əbiyev 13 yanvar 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və İmamqulukənd kənd qəbiristanlığında dəfn edilib.
Şəhid əmisinin adını daşıyan Fəzail Əbiyev ötən gecə işdən qayıtdıqdan sonra hamamda çimərkən dəm qazından boğularaq ölüb.
Bildirilib ki, mərhum “Şahdağ” Turizm Mərkəzində çalışıb, hərbi xidmətdə olub və subay idi.

***14:32
Qusar sakini yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Avtosfer.az xəbər verir ki, rayonun İmanqulukənd sakini, 2004-cü il təvəllüdlü Nəbiyev Fəzail Fazil oğlunun meyiti ilkin tibbi ekspertizadan sonra aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Avtobusu təmir edərkən altında qalan şəxs belə xilas edildi - VİDEO
Masazırda sürücülərə ciddi təhlükə yaradan problem aradan qaldırıldı - FOTO - VİDEO
İran-Azərbaycan sərhədində pua vuruldu; içindən görün nə çıxdı - FOTO
Küçəni zibilləyən sürücü cəzalandırıldı - 8 sutka həbs olundu
Kamran Əsədov məhkəmə zalında həbs olundu - QƏRAR
Sürücünün önünə qəfil çıxan piyada az qala maşının altında qalacaqdı - REAL VİDEO
"BakuBus"ın 6 nömrəli marşrutu ilə bağlı NARAZILIQ: "Yarım saat gözləməli oluruq"
“Lexus”un şüşəsini sındırıb pul və sənədləri oğurladı
Bəylər Əyyubovun qardaşı oğlunun işi üzrə daha 2 nəfər həbs edildi
“Range Rover” və “Hyundai”dən oğurluq edən şübhəli tutuldu
Metrodakı yanğından sağ çıxmışdı, bu dəfə evində öldü











