Dəmiryolu vağzalındakı qəzaya görə daha iki məmur istefa verdi

Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında 15 nəfərin öldüyü qəzaya görə daha iki məmur tutduğu vəzifədən istefa verib.
Avtosfer.az xəbər verir ki, daxili və xarici ticarət naziri Tomislav Momiroviç və Serbiyanın Dəmir Yolu İnfrastrukturunun direktoru Yelena Tanaskoviç istefa verdiklərini açıqlayıblar.
Qeyd edək ki, Serbiya Prezidenti Aleksandar Vuçiç ötən gün ictimaiyyətə müraciətində Novı Saddakı faciəyə görə hökumətdə və başqa yerlərdə istefalar gözlədiyini bildirmişdi.
Daha əvvəl isə Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç tutduğu vəzifədən istefa verib.
Xatırladaq ki, noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında stansiya binasının tavanının bir hissəsinin çökməsi nəticəsində 14 nəfər hadisə yerində həlak olub, ağır yaralılardan biri xəstəxanada dünyasını dəyişib, iki nəfərin isə müalicəsi davam edir.

Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












