Dənizdə batırdı: belə xilas edildi - VİDEO

Hadisə 2 Avqust 2024 19:19 Oxunub 118
Dənizdə batırdı:  belə xilas edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində xidmət aparan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dənizdə nəzarətsiz ərazidə 1 nəfər vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyini müşahidə ediblər.

Bu barədə Avtosfer.az-a FHN-in mətbuat xidmətindən bildirilib.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2003-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlu xilas edilərək həkim briqadasına təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh