Banner

Dənizdə batmaq təhlükəsi olan 26 yaşlı kişi xilas edildi - VİDEO

Hadisə 14 İyun 2025 13:19 Oxunub 144
Dənizdə batmaq təhlükəsi olan 26 yaşlı kişi xilas edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda dənizdə batmaq təhlükəsi olan 26 yaşlı kişi xilas edilib.

Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1999-cu il təvəllüdlü Əsədov Pərviz Fəxrəddin oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh