Dənizdə "Mercedes"in gətirdiyi müəmma: 3 nəfər yoxa çıxıb - VİDEO

Hadisə 12 İyul 2024 20:42 Oxunub 502
Dənizdə "Mercedes"in gətirdiyi müəmma:  3 nəfər yoxa çıxıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhəri, Xəzər rayonunun Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə batan üç nəfər yeniyetmə ilə bağlı bəzi detallar məlum olub.

Hadisə şahidi bildirib ki, axşam saatlarında yeniyetmələrin üçünü də suda görüb:

"Dənizin kənarında onlara yaxın yerdə "Mercedes-Benz" avtomobili dayanmışdı. İçərisində iki qadın, bir kişi və uşaq olub. Bir müddət sonra avtomobilin sürətlə hərəkət edib ərazidən getməsi diqqətimi çəkdi. Gəldik baxdıq ki, dənizdə heç kim yoxdur. Əgər boğulsaydılar, ərazidən qışqırıq səsləri eşidilərdi".

2008-ci il təvəllüdlü Abid və 2009-cu il təvəllüdlü Anarın atası Asif Aslanov bildirib ki, iki balam var idi, ikisi də batdı:

"Uşaqlar səhər dənizə getmək istəyirdilər. Dedim, qurban olum, getmə. Dedi, "ata, getmək istəyirəm", dedim ki, yaxşı, birlikdə rahat gedərik. Birdən nəsə olar deyə qoymurdum getsinlər".

Qeyd edək ki, hazırda batdığı ehtimal olunan şəxslərin, 2007-ci il təvəllüdlü Ağaşirin Ramin oğlu Ağayev, 2008-ci il təvəllüdlü Abid Asif oğlu Aslanov və 2009-cu il təvəllüdlü Anar Asif oğlu Aslanovun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən davam etdirilir.

Ətraflı süjetdə:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh