Dənizə yaxın ərazidə yanğın məhdudlaşdırılıb - VİDEO

Hadisə 9 İyun 2024 17:00 Oxunub 242
 Dənizə yaxın ərazidə yanğın məhdudlaşdırılıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Avtosfer.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh