Dənizkənarı Bulvar İdarəsinin sabiq sədrinin məhkəməsində ittiham aktı elan edilib

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İclasa ayrılan vaxt başa çatdığı üçün ittiham aktının davamı sentyabrın 8-də keçiriləcək prosesdə elan olunacaq.
Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulu mənimsəyiblər. Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilən pulun 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib. İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib. İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Həmçinin təqsirləndirilən şəxslərin dəyəri 11 milyon manatdan çox olan əmlakları üzərinə də həbs qoyulub.
Cinayət törədib qaçan şəxslər qəzaya düşdülər – Biri tutuldu, o biri axtarılır - VİDEO
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin ADLARI - FOTO - VİDEO
İkinci əl avtomobil alanların diqqətinə; iki əzilmiş maşını kəsib bir maşın düzəldirlər - VİDEO
Qatarda qaz bombası partladan gənc 12 nəfəri yaraladı - FOTO
“Kontakt Home” yenə vətəndaşı aldatdı; görün müştəriyə nə satıblar – ŞİKAYƏT - VİDEO
Paytaxtın əsas küçələrindən birində avtomobil yanıb, böyük tıxac yaranıb - VİDEO
Ağdaşda 28 yaşlı qadın itkin düşüb - FOTO
Qəfil maşının qabağına çıxan piyada son anda ağır qəzadan qurtuldu - VİDEO
Xırdalanda gecəyarısı ağaclar məhv edilib üzəri betonlandı – ŞİKAYƏT - FOTO
Gəncin dişini qırdılar; polisdən kömək istəyəndə başına görün nələr gəldi - VİDEO
Cərimə meydançasında yanğın: 700-dən çox avtomobil yararsız hala düşdü - VİDEO










