Deputat əmrə tabe olmayıb maşını polisin üstünə sürdürdü - VİDEO

Türkiyənin CHP partiyasından olan millət vəkili Adnan Bekerin Ankarada hərəkətdə olan avtomobilinin sürücüsü yol polisinə tabe olmayaraq maşını onun üzərinə sürüb. Hadisə nəticəsində polis əməkdaşı xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Avtosfer.az xəbər verir ki, Hadisə Ankaranın Altındağ məhəlləsində baş verib. CHP-li millət vəkili Adnan Bekerin də içində olduğu avtomobilin sürücüsü İ.A. yolun bağlı olduğunu bildirən polis əməkdaşının “SAXLA” əmrinə məhəl qoymayaraq avtomobili ona tərəf sürüb. Nəticədə polis əməkdaşı xəsarət alıb və hadisə ilə bağlı sürücü İ.A.-dan şikayətçi olub.
Polis əməkdaşının avtomobilin üzərinə sürülməsi anı ərazidə yerləşən təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Kadrlarda avtomobilin polisin “SAXLA” əmrinə əməl etmədən onun üstünə doğru hərəkət etdiyi açıq şəkildə görünür.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Eltac Zülfüqaroğlu
İş adı ilə Türkiyəyə aparılan azərbaycanlı qadınların Quşadası kabusu
Bakının əsas prospektlərindən birində YÜK AVTOMOBİLİ YANDI - FOTO
Avtomobil ustalarının fırıldağı: Ehtiyat hissəsini bir maşından oğurlayıb, digərini təmir edirmişlər
Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar
Azərbaycan səmasında dronlar GÖRÜNÜR - VİDEO
Qırmızıda yolu qaçaraq keçən qadın hələ sürücüyə “dərs keçdi” - VİDEO
İrana Azərbaycanla münaqişə başlatmaq indiki vaxtda sərf eləmir - POLİTOLOQ
Naxçıvan aeroprotuna düşən dronun qalıqları - FOTOLAR
Naxçıvandan daha bir - VİDEO
“Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu - FOTO - VİDEO - YENİLƏNİB
Bakı Dairəvi yolunda yük maşınının yanmasından GÖRÜNTÜLƏR - VİDEO










