Dərədə köməksiz qalan şəxs belə xilas edildi - VİDEO

Hadisə 19 Avqust 2024 16:09 Oxunub 98
Dərədə köməksiz qalan şəxs belə xilas edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu yaşayış massivinin ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Avtosfer.az FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1964-cü il təvəllüdlü Kərimov Raqif Nofəl oğlu dərinliyi təxminən 7 metr olan dərədə köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi ləvazimatların köməyi ilə vətəndaşı dərədən çıxararaq xilas ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh