"Dərnəgül” taxta bazarında yanğın baş verdi - VİDEO

Bakının Nərimanov rayonunda yerləşən “Dərnəgül” taxta bazarında yanğın olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bazar ərazisində taxta satışı məntəqəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər satış nöqtələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 140kv.m. sahədə taxta altlıqlar, 2 ədəd dəzgah, 6kv.m. sahədə taxta konstruksiyadan ibarət gözətçi otağı və 6kv.m. sahədə satış köşkü yanıb.
Bazar ərazisində olan digər tikililər və materiallar yanğından mühafizə olunub.
İnkassator avtomobilinə hücum: film kimi cinayət - VİDEO
Masazırda küçənin girişinə maneə quraşdırıldı, təcili yardım keçə bilmədi - VİDEO
“Dongfeng” qəzaya düşüb alışdı, gizli qapı tutacaqları faciəyə səbəb oldu - VİDEO
Zabrat–Maştağa yolunda dərin çuxur sürücülərə ziyan vurur - ŞİKAYƏT - VİDEO
Xətaidə dövlət qurumunun avtomobili hasarı uçurdu - Dəymiş ziyanı kim ödəyəcək? - VİDEO
Restorana od vurub, qapıları kilidlədi... - Bakıda dəhşətli yanğın - VİDEO
Keçidi görüş yerinə çevirən piyadalar hərəkəti ləngitdi - VİDEO
Bibiheybət məscidinin yaxınlığındakı yolda TƏHLÜKƏ - Maşına ziyan dəydi - VİDEO
Oğurladığı pulla bazarlıq edən cibgir kameraya düşdü; polis həbs etdi - VİDEO
Narkotikin təsiri altında yol polisini döydü - Həsənov həbs olundu - FOTO
Liseydə güllənənən müəllimin atası nələri danışdı? - VİDEO











