DİN: 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Hadisə
23 Avqust 2025 15:48
Oxunub 424

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 22-də ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə götürülüb, yabanı halda bitmiş 2,7 tondan artıq çəkidə 5041 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, həmçinin, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər də davam etdirilir. Belə ki, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 qumbara, 3 tüfəng və 280 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














