DİN 60 nəfəri aldadan qadınla bağlı araşdırmaya başladı - YENİLƏNİB - VİDEO
Hadisə 24 Sentyabr 2022 18:18 Oxunub 9176
DİN 60 nəfəri aldadan qadınla bağlı araşdırmaya başladı  - YENİLƏNİB - VİDEO

Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən qadınla bağlı araşdırmalara başlayıb.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, araşdırmalar yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.

***

15:01

Sosial şəbəkələrdə dələduzluq edən qadın peyda olub.

"Unikal"ın məlumatına görə, Qasımova Vüsalə Rizvan qızı "TikTok" sosial şəbəkəsində insanlara lotoreya oynamağı təklif edib. O, həmin şəxslərin hər birindən 200 manat alsa da, vəd etdiyi pulu ödəməyib. Həmin qadının 60 nəfərə yaxın şəxsin pulunu aldıqdan sonra sosial şəbəkə hesablarını bağladığı, nömrəsini isə dəyişdiyi bildirilir.

Hazırda lotoreya oynamaq üçün ödəniş edən şəxslər pullarını geri almaq üçün həmin qadını axtarır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh