DİN 8 futbolçu ilə bağlı araşdırmalara başlayıb

Futbol üzrə Azərbaycan çempionatının I Liqa təmsilçisi olan “Mingəçevir” klubu ilə bağlı araşdırmalar başlayıb.
Avtosfer.az “APA”ya istinadən xəbər verir ki, komandanın 8 futbolçusunun adı oyun alverində iştirakda hallanır.
Klubdan bildirilib ki, araşdırmalar davam edir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən bildirilib ki, daxil olan müraciət üzrə araşdırma aparılır.
DİN-dən hadisə ilə bağlı saxlanılanların olmadığı da qeyd edilib.

***
Azərbaycanın I Liqasında mübarizə aparan "Mingəçevir" klubunun saxlanılan futbolçularının kimliyi məlum olub.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, saxlanılan futbolçular arasında qapıçı Mövlan Kərimov, müdafiəçi Xəyal Muradov, yarımmüdafiəçilər - Xəyal Xudaverdiyev, Tural Məmmədzadə, Muxtar Nəzərli, Fuad Əhmədov və Elnur Mirzəyevin adı hallanır.
Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
Qeyd edək ki, hadisə komandadaxili iclasdan sonra baş verib. Futbolçular toplantının ardından Mingəçevirdən Bakıya gətiriliblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu göndərilib.
***
Azərbaycanın I Liqasında çıxış edən "Mingəçevir" klubunun səkkiz futbolçusu oyun alqı-satqısı ilə bağlı mühafizə orqanları tərəfindən saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a AFFA-nın mətbuat katibi Elnur Məmmədli məsələdən xəbərdar olduqlarını və hazırda araşdırma aparıldığını bildirib.

"AFFA bu məsələlərdə daim sərt mövqe tutub və bundan sonra da oyunların manipulyasiya edilməsinə qarşı ciddi mübarizə aparacaq. Bəli, dediyiniz məsələdən xəbərdarıq. Sadəcə hazırda araşdırma getdiyindən məsələ ilə bağlı geniş açıqlama verə bilməyəcəyik. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə E.Məmmədli bildirib.
Qeyd edək ki, "Mingəçevir" klubunun futbolçuları ilə yanaşı, "Şamaxı"nın da keçmiş iki futbolçusu Adil Nağıyev və Georgi Kantariya ilə bağlı araşdırmalara başlanıb.
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO








