DİN: Cinayət törədən 51 NƏFƏR SAXLANILIB

Hadisə 8 Mart 2024 20:16 Oxunub 266
DİN:  Cinayət törədən 51 NƏFƏR SAXLANILIB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Martın 7-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 113, o cümlədən borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh