DİN-dən əməliyyat: Odlu silahlar aşkar olundu

Hadisə 16 May 2024 10:42 Oxunub 286
DİN-dən əməliyyat: Odlu silahlar aşkar olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Avtosfer.az xəbər verir ki, mayın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 4 patron darağı və 125 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin, mayın 15-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 1 tapança, 2 patron darağı və 4 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh