DİN-dən Salyanda avtomobildən qızıl-zinət əşyalarının oğurlanması iddialarına MÜNASİBƏT

“Salyanda avtomobildən qızıl-zinət, eləcə də digər əşyaların oğurlanması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir və şər-böhtan xarakterlidir”.
Avtosfer.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenant Nizam Həmidov bildirib ki, iyunun 29-da Oktay Salayevin idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi arxa dövlət qeydiyyat nişanı olmadığı və avtomobildə konstruksiya dəyişikliyinə yol verildiyi üçün Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb: “Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub, lakin sürücü protokolu imzalamaqdan imtina edib. Həmin avtomobilə hal şahidlərinin də iştirakı ilə baxış keçirildikdən sonra müvəqqəti duracağa yerləşdirilib”. “Qeyd edək ki, Oktay Salayev fevral ayında da həmin avtomobillə yol-hərəkəti qaydalarını pozduğu üçün onun barəsində bir neçə dəfə inzibati protokol tərtib olunub. İnzibati xətaya görə təyin edilən cərimələri ödəmədiyindən onun 240 manat borcu yaranıb. Bundan əlavə, yol polisi əməkdaşlarının sürücülərdən pul almasına dair videogörüntülər də paylaşılıb. Həmin görüntülər ötən vaxtlarda çəkilib və görüntülərlə bağlı araşdırmalar aparılıb. Vətəndaşın qış geyimində olmasıda kadrların yeni olmamasından xəbər verir”, - DİN-in əməkdaşı vurğulayıb.
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi








