DİN əməliyyat keçirdi: 38 kiloqram narkotik dövriyyədən çıxarılıb - FOTO

Hadisə 3 Sentyabr 2024 20:51 Oxunub 168
DİN əməliyyat keçirdi:  38 kiloqram narkotik dövriyyədən çıxarılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklə Mübarizə İdarəsi əməliyyat keçirib, 38 kiloqram narkotik dövriyyədən çıxarılıb.

Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyatlarla mütəşəkkil dəstə üzvləri əvvəllər dəfələrlə məhkum olunmuşlar Elçin Həmzəyev, Hüseyn Fətullayev və tanışı Seyfət Pənahov saxlanılıblar. Məlumata görə, onların üzərindən və avtomobillərindən 38 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və tiryək aşkarlanıb.

"Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar. Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib. E.Həmzəyev, H.Fətullayev və tanışı S.Pənahovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh