Banner

DİN əməliyyat keçirib, 46 kq marixuana aşkarlanıb - FOTO - VİDEO

Hadisə 22 Yanvar 2026 20:42
DİN əməliyyat keçirib, 46 kq marixuana aşkarlanıb - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları növbəti əməliyyatlar zamanı ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını təşkil edən 32 yaşlı Anar Əhmədov, eləcə də 25 yaşlı Əli Seyidzadəni saxlayıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, onlardan ümumilikdə 46 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxunub 172
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh