Gəncədəki dava ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili Ìşlər Nazirliyi Gəncədəki qətllə bağlı birgə məlumat yayıb.
Avtosfer.az-a daxil olan məlumatda bildirilir ki, dekabrın 11-i saat saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Niyazi və Kamal xəstəxanaya yerləşdirilib, stasionar şəkildə müalicəsi davam etdirilir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO








