DİN-in keçmiş əməkdaşı İspaniyada ölü tapılıb

Ukrayna Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş əməkdaşı İqor Qruşevski İspaniyada ölü tapılıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, kişi Vilyaxoyosdakı "Cala Alta" yaşayış kompleksinin hovuzunda boğularaq ölüb. Hadisənin digər təfərrüatı məlum deyil.
İspaniyanın "El Español" nəşrinin məlumatına görə, Qruşevski qeyri-müəyyən şəraitdə ölüb. Onun meyiti iyunun 29-da yaşayış kompleksinin hovuzunda heç bir zorakılıq əlamətləri olmadan aşkar edilib. KİV-in məlumatına görə, onun ölümünə qəfil ürək dayanması və ya insult səbəb ola bilərdi, lakin hüquq-mühafizə orqanları qətl versiyasını nəzərdən keçirir.
Digər oxşar insident 2024-cü ilin fevralında baş verib. Rusiyaya məxsus "Mi-8" helikopterini qaçıran keçmiş pilot Maksim Kuzminov Viyaxoyosadakı evinin qarşısındakı dayanacaqda öldürülüb. Bildirilir ki, hadisə Qruşevskinin tapıldığı yerin yaxınlığında baş verib.
Türkiyədə antinarkotik əməliyyatı: Hande Erçel və ... - ADLAR
Azərbaycanlı biznesmenin hər şeyi müsadirə olundu: şirkət, evlər, maşınlar
Avtomobil nömrələrini oğurlayıb satan şəxslər ələ keçdi - VİDEO
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO










