Diqqətsiz sürücü həyat yoldaşı və uşağını yolda qoydu - VİDEO

Hadisə 19 Dekabr 2023 12:09 Oxunub 1248
Diqqətsiz sürücü  həyat yoldaşı və uşağını yolda qoydu  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Diqqətsiz sürücü bilmədən həyat yoldaşı və uşağını yolda qoyaraq gedib.

Avtosfer.az xəbər verir ki, hadisə xarici ölkələrin birində qeydə alınıb.

Belə ki, sürücü həyat yoldaşı və uşağı ilə birlikdə avtomobilə yaxınlaşır. Qadın nədənsə birinci sol arxa qapını açır, sonra isə örtüb sağ tərəfə keçir. Lakin maşına əyləşən sürücü qucağında uşaq olan qadının da mindiyini zənn edərək avtomobillə hərəkətə başlayır. Nəticədə uşaq və qadın maşına minə bilməyib yolda qalır.

Görüntülərə yumor hissi ilə baxılanda gülməli anlara şahid ola bilərsiniz.

Lakin məsələ bir az fərqlidir . Gülməli olsa da baş verənlər ciddi bir problemin göstəricisidir. Dəfələrlə belə diqqətsiz sürücülərə görə qəzalar və ölümlər qeydə alınıb. Ümumiyyətlə avtomobilli idarə etməzdən əvvəl hər bir hissə diqqətlə nəzərdən keçirilməlidir.

Güman edirik ki, sürücülər bu görüntülərə sadəcə gülməz. Həmçinin hadisədən dərs çıxarıb daha da diqqətli olar.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh