Diyarbəkirdə inşa edilən körpü çökdü: Üç ölü, iki yaralı - YENİLƏNİB

Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda körpü tikintisi zamanı baş verən qəfil çökmə nəticəsində üç işçi ölüb, ikisi isə yaralanıb.
Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, Kulp-Muş avtomobil yolunun ikinci kilometrliyində, Karabulak məhəlləsindəki Kupka kəndi yaxınlığında tikilməkdə olan dairəvi yolda körpünün bir hissəsi çöküb.
Hadisə nəticəsində ağır yaralanan dörd işçi xəstəxanaya aparılıb və dağıntılar altında qalan işçiləri xilas etmək üçün genişmiqyaslı əməliyyat başlayıb.
Bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi və səlahiyyətlilərin qəzanın səbəbləri ilə bağlı araşdırma başlatdığı bildirilib.
***15:48
Diyarbəkirin Kulp rayonunda inşa edilən körpü çöküb. Əraziyə çoxlu sayda xilasedici cəlb edilib.
Avtosfer.az İHA-ya istinadla xəbər verir ki, inşaat qəzası nəticəsində xəsarət alan dörd işçi dərhal xəstəxanaya çatdırılıb.
Dağıntılar altında qalan iki işçinin xilasetmə işləri tam sürətlə davam etdirilir.
Bölgədə AFAD (Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi) heyətləri fəal çalışsa da, yaralılarla bağlı ətraflı məlumat verilməyib.
Çökmənin səbəbi hələlik bəlli deyil.
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












