DİN: 48 polis əməkdaşı yaralanıb

Belqradda baş verən iğtişaşlar nəticəsində 48 polis əməkdaşı xəsarət alıb, 77 nəfər, o cümlədən bir yeniyetmə saxlanılıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Serbiya Polisi direktorunun köməkçisi Deyan Lukoviç TV Prva telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, polis 35 cinayət işi və 22 inzibati xətayla bağlı vəsatət qaldırmağı planlaşdırır. “Biz bütün halları araşdırmağa, faktiki mənzərəni müəyyənləşdirməyə və digər şəxslərin, təşkilatçıların identifikasiyasını aparmağa davam edirik. Aidiyyəti prokurorluqlar və təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq çərçivəsində bu işi sona çatdıracağıq”, – deyə o bildirib.
Lukoviç qeyd edib ki, xəsarət alanlardan biri – jandarm xidmətinin əməkdaşı – ağır bədən xəsarətləri alıb, lakin həyatı üçün təhlükə yoxdur, vəziyyəti stabildir. Digər xəsarətlər yüngül olaraq qiymətləndirilib.
“Polis əvvəlcə maksimum səbir və təmkin göstərdi, lakin vəziyyətin kəskinləşməsindən sonra minimal məcburetmə tədbirlərinə əl atıldı”, – deyə Lukoviç əlavə edib.
***
Serbiyanın paytaxtı Belqradda keçirilən etiraz aksiyası zamanı baş verən iğtişaşlar nəticəsində altı polis əməkdaşı və iki mülki şəxs xəsarət alıb.
Bu barədə Serbiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı rəsmi açıqlamada məlumat verilib.
Məlumata görə, qarşıdurmalar Slaviy meydanında keçirilən mitinq başa çatdıqdan sonra başlayıb.
Polisə hücum edən onlarla şəxs saxlanılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












