Donald Trampa qarşı sui-qəsd cəhdi: FTB şübhəli şəxs haqqında məlumat yaydı - VİDEO

ABŞ-nin Federal Təhlükəsizlik Bürosu prezidentliyə namizəd Donald Trampa edilən hücumu "sui-qəsd cəhdi" kimi təsnifatlandırıb.
Rəsmilər şübhəli şəxsin təkbaşına hərəkət etdiyi qənaətindədirlər. Onun niyyəti hələlik müəyyənləşdirilməyib.
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı ona atəş açılıb.
--
ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə açıqlama verib.
Oxu.az xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsində paylaşım edib.
Siyasətçi atışmaya operativ reaksiya verdiyinə görə ABŞ Məxfi Xidmətinə və hüquq-mühafizə orqanlarına təşəkkür edib, həmçinin mitinqdə həlak olanların ailələrinə başsağlığı verib. "Zərərsizləşdirilən nişançı haqqında heç nə bəlli deyil. Güllə qulağımın yuxarı hissəsini deşib. Atəş səsi eşitdim və güllənin dərimi deşməsini hiss etdim. Qanaxma başladı və nə baş verdiyini anladım", - o qeyd edib.
--
ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd zamanı mitinq iştirakçılarından bir nəfər həlak olub. Trampa atəş açan şəxs isə polis tərəfindən zərərsizləşdirilib.
--
ABŞ prezidentliyinə namizəd Donald Trampın Pensilvaniyada keçirilən mitinqi zamanı atəş açılıb. Mitinqin yayımı siyasətçinin "YouTube" kanalında aparılıb.
Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.
Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb. Atəş açanın kimliyi məlum deyil, o. hələ ələ keçməyib.
Sabiq prezidentin sözçüsü Stiven Çun Donald Trampa qarşı uğursuz sui-qəsd cəhdindən sonra vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Əlavə olaraq KİV-də yayılan məlumatlara görə silahlı insidentdə iki nəfərin öldüyü güman edilir.
Mənbə: Oxu.az
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO










