Dörd gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən HAKİM QARŞISINDA

"AGA Şirkətlər Qrupu" QSC və Qafar Aydın oğlu Dəmirçi barəsində qaldırılan məhkəmə iddiası ilə əlaqədar olaraq bu gün Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə hazırlıq iclası keçirilib.
Avtosfer.az Yeniavaz.com-a istinadən xəbər verir ki, "AGA Şirkətlər Qrupu" və Qafar Dəmirçi barəsində məhkəmə iddiası Ulduz Mənsur qızı Məmmədova ilə Rəşad Nizami oğlu Sadıqov tərəfindən qaldırılıb.
Məhkəmə iddiasının müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələrlə bağlı olduğu bildirilir.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Qafar Dəmirçi "AGA Şirkətlər Qrupu" QSC-nin vitse prezidentidir. O, bu yaxınlarda Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunaraq həbs edilib. Daha sonra 8 milyon manat dəyərində dəymiş ziyanı ödədiyi üçün həbsdən azad olunub.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 000 manat olan "AGA Şirkətlər Qrupu" QSC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. "AGA Şirkətlər Qrupu"nun təsisçisi tanınmış iş adamı Aydın Dəmirçidir. Əsasən iş mərkəzlərinin (Plazalar) sahibi kimi tanınıb. Hazırda "AGA Şirkətlər Qrupu"na bağlı olan iş mərkəzləri arasında "Demirchi Tower", "AGA İş Mərkəzi", "Ariana Business Park", "Caspian Business Center", "Lotfi Zadeh Texnologiyalar Mərkəzi" və "Caspian Plaza" (3 korpusdan ibarət) yer alır. Bunlardan başqa "AGA Qroup" maliyyə ("Ferrum Kapital" və "Caspian Audit"), kənd təsərrüfatı ("AGA Agro", "Monte Ferro"), İnformasiya Texnologiyaları ("Bravo Online Systems"), turizm və otelçilik ("Da Vinci" və "Caspian Palace" otelləri) sahələrində də fəaliyyət göstərir.
Aydın Dəmirçinin oğlu olan Qafar Dəmirçi 1986-cı ildə anadan olub. London Universitet Kollecinin İqtisadiyyat fakültəsini bitirib. 2008-ci ildən İT sahəsində fəaliyyət göstərir. 2014-cü ildən etibarən "AGA Group" şirkətində vitse-prezident vəzifəsində çalışır. Qafar Dəmirçi eyni zamanda iqtisadiyyat mövzusunda video-dərslər çəkərək "YouTube" sosial şəbəkəsində paylaşır.
Qafar Dəmirçi, həmçinin triatlon idman növü ilə məşğul olur. O, gənc idmançılarla birgə "Baku Tri Klub"u yaradıb. Bu vaxta qədər Qafar Dəmirçi 7 qitə olmaqla 16 dəfə marafonda iştirak edib. Aydın Dəmirçi də triatlon üzrə beynəlxalq yarışlarda iştirak edir.
Avtobusda 9500 manat tapıb mənimsəyən şəxs saxlanıldı - Pul sahibinə qaytarıldı - VİDEO
Aşınmış və işıqlandırılmayan bu küçə sürücülərə təhlükə yaradır - VİDEO
Rusiyaya zərbələr qlobal inflyasiya riski yaradır
Bakıda nasaz avtobus qəza şəraiti yaratdı, sürücü sərnişinləri təhqir etdi - VİDEO
Paytaxtda yanacaqdaşıyan maşın ALOVLANDI - VİDEO
Bakıda yenə avtobus yandı - VİDEO
Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO - VİDEO
Bu yolda hərəkət işgəncəyə çevrilib: Qazılan hissə bir ildir bərpa olunmur - VİDEO
Paytaxtda maşından meyit tapılıb
Bakıda avtobus sürücüsünün ani diqqətsizliyi faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO
İşıqlandırılmayan yolda dayanan sərxoş piyada təhlükə yaratdı - VİDEO










