Dostu 16 yaşlı oğlanı bıçaqladı - YENİLƏNİB

Gəncə şəhərində bıçaqlanan 16 yaşlı gəncin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Noyabrın 9-u saat 19:50-də 2009-cu il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Sağ ayağın kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.
***09:51
Gəncə şəhərində 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.
Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən A. Abbaszadə tutulub.
***09 noyabr, 20:23
Gəncədə bıçaqlanma olub.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində baş verib. Şəhər sakini - 2009-cu il təvəllüdlü Elgün Əliyev budunun kəsilmiş bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Onun yarası dərhal tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 16 yaşlı oğlan dostu bıçaqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır./unikal
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












