Dövlət qurumlarının adından dələduzluq edən şəxs saxlanıldı - VİDEO

Hadisə 26 May 2025 18:45 Oxunub 134
Dövlət qurumlarının adından dələduzluq edən şəxs saxlanıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nəsimi, Nizami, Səbail və digər rayonlarında silsilə dələduzluq hadisələri qeydə alınıb.

DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, naməlum şəxs özünü ayrı-ayrı dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların evinə daxil olub və mənzillərində quraşdırılan sayğaclarda problem olması bəhanəsi ilə onları aldadaraq pul vəsaitlərini ələ keçirib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dələduzluq etməkdə şübhəli bilinən 34 yaşlı Rəfail Əsgərov saxlanılıb. Onun qanunazidd əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırma aparılır.

R.Əsgərovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh