DSX-dan qəza törədən xanım əməkdaşın nalayiq hərəkətləri ilə bağlı AÇIQLAMA - VİDEO

Sosial şəbəkələrdə DSX əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı Dövlət Sərhəd Xidmətində araşdırma aparılmışdır.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən 3 nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stress vəziyyətində cavab verib:
"Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir".
Qeyd edək ki, Bakıda qəza törədən xanım sürücü hadisə yerindən yayınıb. Bu barədə Avtosfer.az-a məlumat verən zərərçəkmiş sürücü başına gələn hadisənin görüntülərini videoya çəkib.
Belə ki, 99-RL-370 qeydiyyat nişanlı "VAZ" markalı avtomobilin sürücüsü 77-GH-786 qeydiyyat nişanlı "KIA" markalı avtomobili arxadan vurub. Lakin xanım sürücü qəza törətmədiyini iddia edərək hadisə yerindən yayınmağa çalışıb.
Zərərçəkən sürücü onun videosunu qeydə alan zaman, xanım sürücü nalayiq hərəkətlər edərək oradan uzaqlaşıb.
Qeyd edək ki, qəzaya səbəb olan xanım sürücünün Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılmış video ilə bağlı araşdırma başladılıb. Hadisəyə hüquqi qiymət veriləcək.
Sözügedən videonu təqdim edirik:
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO










