DSX mayoruna hücumda təqsirləndirilənlərin məhkəməsində Ramal Aslanov ifadə verib

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid, Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Ramal Aslanov ifadəsində bildirib ki, o, daha öncə bu iş üzrə saxlanılıb:
“Mənim bu hadisədən saxlanıldıqdan sonra xəbərim olub. Hadisə günü uşaqlarla bu olay baş verən məkanın yaxınlığında görüşüb, çay içib, domino oynamışdıq. Bildiyim qədəri ilə hadisənin səbəbi Ceyhunla Fuadın telefonla danışarkən bir-birlərini söyməsi olub. Bu dava ilə bağlı öncədən məlumatım olmayıb. İddia olunduğu kimi mən bunu planlamamışam. Tamamilə təsadüf olub. Əgər bilsəydim, belə hadisələrin baş verməsinə qəti imkan verməzdim”.
O əlavə edib ki, bu hadisədən öncə Fuad Zeynalovla mübahisəsi olub:
"Bu hadisələrdən öncə Fuad Zeynalovla aramızda problem olub. Belə ki, o, komandamız məğlub olanda bizi dəstəyə gəlməmişdi. Söhbət əsnasında mənə qarşı hörmətsizlik də etmişdi. Lakin biz bundan sonra Fuadla barışdıq. Hətta şəhərdə görüşmüşük də. Bu hadisənin dava ilə əlaqəsi olduğunu düşünmürəm. Elnur bunu hörmətsizlik kimi qəbul etsə də".
Digər şahid Elvin Məmmədov da hadisə ilə əlaqədar daha əvvəl saxlanılıb. O bildirib ki, hadisə günü təqsirləndirilənlə birlikdə şəhərdə görüşüb çay içiblər:
"Biz çay içib evə gedirdik. Mən arxada gedirdim. Saat gecə 2 idi. Qaranlıq olduğu üçün dəqiq görmədim, amma Ziko (Fuad Zeynalov-red.) ilə onların dava etdiyini gördüm. Bunun nə səbəbə baş verdiyini bilmirəm".
Növbəti proses iyulun 21-nə təyin olunub.
Qeyd edək ki, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib. Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb. Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb. Xətai rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci ( Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 126.2.4 (ağır dərəcədə bədən xəsarətləri yetirmə) 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Gölməçənin altında gizlənən təhlükə: Gündə 20-30 avtomobil bu çuxura düşür - VİDEO
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi
Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş - FOTO - YENİLƏNİB
Qəbələdə avtomobil yanaraq külə döndü - VİDEO
Şəhid anası oğlunun ildönümündə vəfat etdi - FOTO
Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi










