DTX-nin həbs etdiyi Dövlət Turizm Agentliyinin əməkdaşı haqda - YENİ QƏRAR

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynovun həbsdə saxlanılma müddəti uzadılıb.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Səbail Rayon Məhkəməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qərar qəbul edib.
Məhkəmə iş üzrə əlavə sübutların toplanılmasının zəruriliyini nəzərə alaraq, Nicat Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 2 ay uzadılmasına qərar verib.
Qeyd edək ki, Nicat Hüseynov DTX tərəfindən AR Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilir. Xatırladaq ki, 4 ay əvvəl Dövlət Turizm Agentliyində aşkarlanmış qanun pozuntuları ilə əlaqədar Agentliyin bir sıra vəzifəli şəxsləri vəzifələrindən uzaqlaşdırılıblar və qanunazidd əməllərlə bağlı DTX-də cinayət işi başlanılıb.
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
Bakıda avtobus qəza törətdi: Ölən var
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı - DSX-dən ƏMƏLİYYAT - VİDEO
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - RƏSMİ
Qadın müştəri kimi mağazaya girdi, qızılı ovucunda gizlədib apardı - VİDEO
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı












