DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına daxil olub.
Modern.az-ın məlumatına görə, İon Sekrieru Moldova vətəndaşıdır.
O, 1975-ci ildə anadan olub. Kiberdələduz ötən ilin sentyabr ayında Azərbaycana ekstradisiya edilib.
İon Sekrieru Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın səlahiyyətli orqanları tərəfindən Azərbaycana təhvil verilib. Onun təhvil verilməsi prosesi 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq həyata keçirilib.
Məlumata görə, moldovalı kibercinayətkar və dəstənin xaricdə fəaliyyət göstərən digər üzvləri Azərbaycanda bankların kompüter sistemlərinə elektron məktubla daxil etdikləri ziyanverici proqram vasitəsilə bank şəbəkə subyektlərinin adları, şifrləri və digər açar funksiyalar barədə məlumatları ələ keçirib. Bundan sonra müxtəlif saxta identifikasiya metodlarından istifadə edən dəstə üzvləri ölkəyə gələrək Bakı və Sumqayıt ərazisində quraşdırılmış bankomatlara yaxınlaşıb heç bir kart daxil etmədən və fiziki müdaxilə etmədən internet vasitəsilə kənardan verdikləri komanda nəticəsində bankomatların təqdim etdiyi pul vəsaitlərini götürərək ölkəni tərk ediblər.
Qeyd edildiyi kimi, onlar Britaniyadan ölkəmizə ekstradisiya edilib. İon Sekrieru ilə yanaşı, xarici ölkə vətəndaşları Danila Dorin Konstantinoviç və Qubçak Sergey Aksentiyeviç də Azərbaycana gətirilib.
İon Sekrieru və digər iki şəxs Azərbaycan Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq) və 273.4-cü maddələri (kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə) üzrə ittiham olunur.
Qızıl daşıyan maşın aşdı; 8 kiloqram qızıl axtarılır - FOTO
YDM-də huşunu itirən kişi soyğunçuluğa məruz qaldı: Pulu və telefonu oğurlandı - FOTOLAR
DİN əməliyyat keçirib, 46 kq marixuana aşkarlanıb - FOTO - VİDEO
Sərxoş halda qəza törətdi, ayıq sürücü və qohumu öldü, özü həbs edildi
Dayanacaqlarda saxlamayan 525 nömrəli avtobusun sürücüsü İŞDƏN ÇIXARILDI - VİDEO
Evlərdən və avtomobillərdən oğurluq edən iki qardaş saxlanıldı - FOTO - VİDEO
Poverbank təyyarəni bu vəziyyətə saldı – QAYDA DƏYİŞİR - FOTO
Avtobus xarab oldu, sərnişinlər soyuq havada yolda qaldı - VİDEO
Bakıda 5 nəfər FACİƏVİ ŞƏKİLDƏ öldü - Birinin 10 yaşı var...
Yolu qaçaraq keçən qadını maşın vurdu; yerindəcə öldü - ANBAAN VİDEO
Bütün kəndi ayağa qaldıran hadisə: gecə yarısı traktorlarla axtarışa çıxdılar - VİDEO











