
Dubay-Moskva reysini yerinə yetirən təyyarə Bakıda təcili eniş edib - VİDEO
Hadisə
25 Aprel 2025 18:45
Oxunub 224

Rusiyanın "Aeroflot" aviaşirkətinin Dubaydan Moskvaya uçan təyyarəsinin göyərtəsində bir nəfərin qeyri-adekvat davranışı səbəbindən ekipaj Bakıda təcili eniş etməli olub.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Rusiya KİV-i xəbər verir.
Təyyarə enən kimi polislər həmin şəxsi saxlayıb və salondan çıxarıblar.
"Kişi Şeremetyevoya uçmalı olan təyyarəyə sərxoş halda minib və qalmaqal yaradıb. O, sərnişinlərin üstünə qışqırıb, onlara toxunub və stüardessaların tələblərinə məhəl qoymadan içməyə davam edib", - məlumatda bildirilib.
Qeyd olunub ki, polis "Aeroflot"un ekipajını dindirir, digər sərnişinlər isə təyyarədə oturaraq Moskvaya yola salınmağı gözləyirlər. Onlara təyyarənin 30-40 dəqiqə ərzində yola düşəcəyi vəd edilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR