Əcəmidə yaşlı qadın səkidə park edilmiş “Mercedes”i daşladı - ANBAAN VİDEO

Hadisə 28 İyun 2024 19:03 Oxunub 8316
Əcəmidə yaşlı qadın  səkidə park edilmiş “Mercedes”i daşladı   - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nəsimi rayonunda avtomobilə maddi ziyan vuran piyada kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 25-də saat 06:48 radələrində qeydə alınıb. Belə ki, səkiylə hərəkət edən qadın yaşayış kompleksinin önündə park edilmiş “Mercedes” markalı avtomobili dəfələrlə daşlayıb. Nəticədə maşının alın şüşəsi zədələnib. Daha sonra o, dayanmadan yoluna davam edib.

Qeyd edək ki, görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. Qadının hadisəni hansı səbəbdən törətməsi bəlli olmasa da, onun ruhi xəstə olduğu iddia edilib. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh