Əfqan Sadıqov tutuldu, Azərbaycana gətirilir

Tbilisi polisi ötən gün gecə saatlarında Əfqan Sadıqovu saxlayıb.
Avtosfer.az APA-ya istinadla bildirir ki, bu haqda Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata əsasən, ona qarşı sosial mediada polis əməkdaşını təhqir etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş qaldırılıb.
Əfqan Sadıqov məhkəmə qarşısına çıxarılacaq və şifahi dinləmədə inzibati xətanın törədilməsi faktı təsdiqlənərsə, müvafiq cəzanın tətbiqi müzakirə ediləcək.
DİN xatırladıb ki, Əfqan Sadıqov aksiya və nümayişlərin keçirilmə qaydalarının pozulması da daxil olmaqla, müxtəlif növ qanun pozuntularına görə 62 dəfə inzibati məsuliyyətə cəlb edilib və artıq iki dəfə inzibati həbs cəzası alıb.
Vəkil Tamta Mikeladzenin yaydığı məlumata əsasən, məhkəmə Əfqan Sadıqovun Azərbaycana deportasiyası haqqında qərar qəbul edib.
***
Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsində (sosial şəbəkədə polis əməkdaşını təhqir etmə) nəzərdə tutulmuş əməli törətdiyinə görə qanun pozucusu kimi tanıyıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məhkəmənin qərarı ilə Əfqan Sadıqov 2 min lari məbləğində cərimə olunub, Gürcüstandan deportasiya edilib və onun 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulub.
Keşlədəki hadisəyə səbəb kollektorun üstündə tikilən ev imiş - Sökülməldir
Avtomobil izdihama çırpılıb, 15 nəfər xəsarət alıb
Badamdar ərazisində sürüşmə təhlükəsi yaranıb - Yol bağlandı - FOTO - VİDEO
Saatlı sakini 4000 manatını itirdi – Polis tapıb qaytardı
Salyanda 43 yaşlı qadın itkin düşüb - FOTO
Cinayət törədib qaçan şəxslər qəzaya düşdülər – Biri tutuldu, o biri axtarılır - VİDEO
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin ADLARI - FOTO - VİDEO
İkinci əl avtomobil alanların diqqətinə; iki əzilmiş maşını kəsib bir maşın düzəldirlər - VİDEO
Qatarda qaz bombası partladan gənc 12 nəfəri yaraladı - FOTO
“Kontakt Home” yenə vətəndaşı aldatdı; görün müştəriyə nə satıblar – ŞİKAYƏT - VİDEO
Paytaxtın əsas küçələrindən birində avtomobil yanıb, böyük tıxac yaranıb - VİDEO










