Əhmədlidə piyada özünü itirib maşının önünə yıxıldı, ardınca.. - VİDEO
Hadisə
22 Oktyabr 2024 15:00
Oxunub 3524
Paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində qayda pozan piyada son anda qəzadan xilas olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, bir qrup piyada yolu təyin olunmamış yerdən keçərək hərəkətdə olan avtomobillərə əngəl törədiblər. Bu zaman qarşı tərəfdən gələn sürücü maşının işığını yandırıb söndürərək onlara xəbərdarlıq edib. İşığın təsirindən piyadalardan biri özünü itirərək yerə yıxılıb. Ardınca o ayağa qalxaraq sürücüyə əliylə narazılığını bildirib.
Qeyd edək ki, yaxınlıqda piyada keçidi var. Buna baxmayaraq piyadalar davamlı qayda pozaraq həm öz həyatlarını, həm də sürücüləri təhlükəyə atırlar.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR