Əhmədlidə yaşlı kişi eyni piyada keçidindən dəfələrlə yolu keçdi - VİDEO
Hadisə
16 Noyabr 2024 15:55
Oxunub 146
Paytaxtda yolu keçən piyadanın görüntüsü sosial şəbəkədə müzakirələrə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında Xətai rayonu Əhmədli qəsəbəsində qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, yaşlı kişi piyada keçidindən dəfələrlə yolu keçir. Belə ki, o, yolun digər tərəfinə keçdikdən sonra yenidən geri qayıdır və dayanmadan hərəkətini təkrarlayır. Üstəlik piyada hərəkətdə olan maşınlara diqqət edərək yolu keçir. Bir müddət sonra dayanan kişi sanki kiminləsə danışırmış kimi, qəribə hərəkətlər etməyə başlayıb. Hadisə şahidinin sözlərinə əsasən, o, dəqiqələrlə keçiddən keçməyə davam edib.
Qeyd edək ki, piyadanın psixoloji probleminin olduğu rəy bölməsində bildirilib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR