Eks-idarə rəisi ilk iclasda həbs edildi

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahov yarım milyondan çox yeyinti ittihamı ilə hakim qarşısına çıxarılıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışlıq iclası keçirilib.
Həbsdə olmayan Mehdi Əmrahov barəsində ibtidai istintaq başlayandan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdi. Bugünkü iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.
Hakim təqsirləndirilən şəxsdən bu günə qədər məhkəmədə iştirak edib-etmədiyini soruşub. Əmrahov suala “heç “uçastkovıy”a da düşməmişəm” - deyə cavab verib. Bundan başqa o, iclasda laqeyd münasibəti ilə diqqət çəkib.
Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası qısa müşavirənin ardınca təqsirləndirilən şəxsin həbs edilməsinə qərar verib. Əmrahov zalda qandallanaraq təcridxanaya göndərilib.
Əsas iclas iyulun 20-si keçiriləcək.
Qeyd edək ki, təqsirləndirilən Əmrahov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Dəymiş ziyan ödənilmədiyi halda bu cinayətə görə 10 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur.
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO












