
Əks yola çıxan “Mercedes” sürücüləri çaşbaş saldı - VİDEO
Hadisə
14 Avqust 2023 20:50
Oxunub 876

Qayda pozan sürücü avtomobillərə qəza şəraiti yaradıb.
Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün öncə axşam saatlarında Masazırda qeydə alınıb. Videodan da göründüyü kimi, 20-CX-399 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil əks yola çıxıb. Belə ki, tıxacdan çıxış yolunu qayda pozmaqda tapan sürücü qarşıdan gələn nəqliyyat vasitələrinin üzərinə gedərək onlara qəza təhlükəsi yaradıb. Lakin qəza şəraiti yaradan sürücüdən fərqli olaraq həmkarları ehtiyatlı davranaraq hər hansı bir qəzanın baş verməsinə əngəl olublar.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR