Əks yola çıxan sürücü qəzaya səbəb oldu – ANBAAN VİDEO

Hadisə 7 Fevral 2024 13:14 Oxunub 550
Əks yola çıxan sürücü qəzaya səbəb oldu – ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əks yola çıxan sürücünün qəza görüntüləri gündəm olub.

Avtosfer.az xəbər verir ki, hadisə dünən Sumqayıtda qeydə alınıb.

Belə ki, tıxacda “səbirsiz” davranan sürücü əks yola çıxıb. Həmçinin yüksək sürətlə hərəkət etdiyi üçün qarşıdan gələn avtomobilə çırpılıb. Xoşbəxtlikdən ciddi xəsarət alan olmasa da maşınlara ciddi ziyan dəyib.

Qeyd edək ki, sürücülərin qayda pozduğu halların əksəriyyəti qəzalarla nəticələnir. Bəzən qaydaların sanki sadəcə sözdən və cərimədən ibarət olduğunu düşünənlər ciddi qəzalara səbəb olurlar.

Sürücülər avtomobil idarə olunarkən diqqətli olmalı, bütün qaydalara ciddi əməl etməlidir. Qaydalar hər birimizin təhlükəsizliyi üçündür. Özümüzü və ətrafı qorumaq bizim əlimizdədir.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh