Elan saytında maşınını satmaq istəyirdi, başına OYUN GƏLDİ
Hadisə
8 Oktyabr 2024 11:39
Oxunub 984
Şamaxı rayon sakininə məxsus bank kartından oğurluq edilib.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, “Turbo.az” avtomobil elanları saytında maşınını satmaq istəyən zərərçəkmişə telefonla zəng edən müştəri beh göndərmək adı ilə ondan kartını istəyib. Kart məlumatlarını qarşı tərəfə göndərdikdən sonra avtomobil sahibinin hesabında olan 1450 manat pul həmin şəxs tərəfindən oğurlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Cəlil Mürsəlli saxlanılıb.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR