Elan saytlarında saxta məlumatlar yerləşdirərək “beh” alan dələduz tutulub - FOTO + VİDEO

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitlərinin “beh” qismində dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə çoxsaylı şikayətlər daxil olub. Avtosfer.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində həmin əməlləri törədən 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Həsənov Elman saxlanılıb.
Araşdırma zamanı onun elan saytlarında gündəlik olaraq ən çox yerləşdirilən məlumatlardan saxta elanlar düzəltdiyi müəyyən olunub.
E.Həsənov digər şəxslərin adına olan mobil nömrələrdən istifadə etməklə onunla əlaqə saxlayan vətəndaşlara həmin məhsulları satacağı vədi verərək müxtəlif məbləğlərdə “beh” alıb. Zərərçəkənlər göndərdikləri pulları həmin şəxsin özünə aid olmayan bank hesab kartlarına köçürüblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. E.Həsənovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO










