Elariz Məmmədoğlunun kürəkəninin növbəti məhkəməsi olub

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə "İnvestAz" saytının rəhbəri Elşən Quliyev ölkə xaricində olduğundan onun məhkəməyə məcburi gətizdirilməsi ilə bağlı qərar qəbul edilib. Təqsirləndirilənin vəkili vəsatət qaldıraraq "İnvestAz "ın digər səlahiyyətli şəxsi, saytın direktor müavini Ceyhun İbrahimovun prosesdə dindirilməsinin təmin olunmasını xahiş edib. Növbəti proses iyulun 28-ə təyin edilib.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
İş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.
Əlavə edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - FOTO - YENİLƏNİB
Tuneldə ağır qəza; maşın 17 qoyunu tələf etdi - VİDEO
Biləcəridə illərdir dəyişməyən mənzərə: Yol problemi həllini tapmır - VİDEO
İşıqforu saymayan piyada sürücüləri çətin vəziyyətə qoydu - VİDEO
Bakıda kameranın altında avtomobillərdən oğurluq edənlər tutuldu - VİDEO
Yaponiya müharibəyə hazırlaşır; ordu xərcləri artırıldı - POLİTOLOQ
Zavodda quraşdırılan qaz balonu da partlaya bilər - FOTO - VİDEO
Xətaidə təhlükə: Külək işıq dirəyini yerindən oynatdı - VİDEO
Gecə vaxtı yolu qaçaraq keçən gənc qəza şəraiti yaratdı - VİDEO
Sürücülərin diqqətinə; Bu yolda asfalta uzanıb sizi tələyə salmaq istəyə bilərlər - VİDEO
Yardımlı–Deman yolunda təhlükəli vəziyyət: Hər an çökmə ola bilər - FOTO










